First slide

Azərbaycanda QƏZA: xəsarət alanlar var

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Press.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanların sayı və şəxsiyyətləri müəyyənləşdirilir.

Oxşar xəbərlər
OTACI