First slide

Daha bir yeniyetmə göldə boğularaq ÖLDÜ

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəkidə göldə çimən yeniyetmə boğularaq ölüb.

Press.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Şəkinin Aydınbulaq kəndində baş verib.

Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Əzizov Mehdi Mehman oğlu qonaq getdiyi Aydınbulaq kəndində “Keşiş Gölü” kimi tanınan göldə qohumları ilə çimərkən boğularaq ölüb. 

Yeniyetmənin meyiti göldən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI