Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Autizm nədir?

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Autizm 3 yaşın əvvəlindən başlayaraq, ömür boyu davam edən, məhdud və təkrar hərəkətlərlə, qarşılıqlı təsirə zərər verən və beynin inkişafına maneə olur. Bəs autizm hansı səbəblərdən dolayı yaranır?

1) İrsi mənşəli olması qeyd olunur. Lakin irsi mənşəli olması da qarışıqdır. 

2) Digər səbəb kimi nadir halda doğum şikəstlərində səbəb olacaq faktorlarla əlaqəlidir.

3) Beyin quruluşunu pozan xəstəliklər.

4) Metabolik xəstəliklər. 

Autizmin davranış simptomları nələrdir?

1) Sosial;

2) Kommunikativ;

3) Motorika;

4) Hisslər;

5) Təhlükəsizlik;

6) Özünə zərər yetirmə.

Autizm spektr pozuntusu olan uşaqlar, sosiallaşmasında problem yaşayırlar. Hansı hallarda özünü göstərir?

1) Başqa uşaqların oyunlarına maraq göstərmir.

2) Bacısına(qardaş) qəddarlıq göstərə bilir.

3) Yatağın da tək olarsa, anasını çağırması əvəzində qışqırır.

4) Valideynlərinin evdən çıxmasına vəya qayıtmasına reaksiya vermir.

5) Qarşılıqlı oynanılan oyunlarda reaksiya vermir.

6) Qucaqladıq, öpdükdə mane olmağa çalışır.

Ünsiyyət problemi.

Onlar ətrafı hiss etmirlər. Buna görə insanlara elə gələ bilər ki, belə uşaqlar ünsiyyət qurmağa maraqları olmur.  Nəyəsə ehtiyacları olduqda, öz əllərindən istifadə etmək əvəzinə, valideynlərinin əllərindən alət kimi istifadə edirlər. 

Təkrarlanan hərəkətlər özünü göstərir.

1) Əllərini tez-tez yellətmə vəya əllərini bir-birinə çırpma.

2) Paltaryuyan, ventilyator və s kimi əşyalara baxmaq.

3) Dayandığı yerdə, fırlanma.

4) Oyuncaqla oynamasa da, onun hansısa detalı diqqətini çəkir. 

5) İşiğı söndürüb- yandırır.

6) Yeyilməyəcək şeyləri yemək. Məsələn: Paltarı, taxta parçası, pərdə və.s

7) Gözünün önündə çırtma çalmaq.

8) İfrazatını hə tərəfə yaxır( yeyə də bilər).

Autizm spektr pozuntusu olan uşaqlar da motorika.

Bəzi uşaqlarda bacarıqları üzə çıxdığı halda, digər uşaqlarda tamamilə bacarıqsız olması üzə çıxa bilər.

1) Xırda motorika problemi.

2) Koordinasiya problemi.

3) Barmaq uclarında yerimə.

4) Fəza qavramasında yanlışlıqlar.

5) Yöndəmsizlik.

6) Ağız suyunun axması.

Sensor problemlər hansılardır?

1) Saçının kəsilməsinə imkan vermir.

2) Yeni təəssüratları sevmir.

3) Suda olmaqdan imtina edir.

4) Musiqi səsinə güclə tab gətirir.

5) Bəzi hallarda kar olması kimi görünə bilər.

6) Paltar dəyişməyi sevmir.

7) Paltarını cıra bilər.

Autizm spektr pozuntusu olan uşaqlar da özünə zərəryetirmə davranışları ola bilir. Bunlara hansıları misal göstərə bilərik?

1) Başını hara gəldi çırpır.

2) Özünü dişləyir.

3) Öz dərisini cırmaqlayır.

4) Saçını yolur.

Bunları etdiyi zaman ağrı hissi müşahidə olunmur.

Təhlükəsizlik anlayışı olmur. Misal:

1) Yaralana biləcəyi situasiyanı hiss etmir. 

2) Qorxulu obyektləri dərk etmir.

3) Yüksəklik qorxusu olmur.

4) Həyatına təhlükə olacaq heçnəyi hiss etmir.

Autizm spektr pozuntusu olan valideynlərə nələri tövsiyə etmək olar?

1) Digər uşaqlar kimi onlar da şəxsiyyətdir. Bir fərqi odur ki, onlara xas davranışları nəzərə almaq lazımdır.

2) Uşağın adət etdiyi davranışlara, riayət etməyə çalışmaq lazımdır.

3) Gündəlik məşğul olmaq lazımdı. Bu nə qədər də çətin olsa gündəlik məşğul olmaq nəticəyə gətirə bilir.

4) Yaxşı olardı ki, 2-3 saatlıq da olsa bağçaya getsin. Bütünlükdə ünsiyyətdən yayındırmaq olmaz.

5) Mənasız davranışları gördüyünüz zaman yayındırmaq lazımdır.

6) Bu uşaqlar heyvanlara qarşı aqressiv olurlar. Heyvanlarla qarşılaşdırmaqdan öncə, onunla tanış edin. Misal üçün, oyuncaq variantı ona hədiyyə edin.

7) Heç zaman ümidinizi itirməyin. Unutmayın ki, bu bir xəstəlik deyildir, fərqlilikdir. Övladınızın fərqli olduğunu qəbul edib, ona rəftarınızı dəyişin.

Autizmli uşağı olan ailə üçün normal həyat sürmək çətin ola bilir. Ailə üzvlərinin gərginliyi çox yüksək ola bilər. Yaxşı olardı ki, psixoloji dəstək üçün mütəxəssislərə müraciət edəsiniz .

Əziz valideynlər, əgər övladınızda bu vəya buna bənzər yaşına uyğun olmayan davranışlar müşahidə edirsinizsə, o zaman mütəxəssislərə müraciət edir. Vaxtında edilmiş müdaxilə daha da ağırlaşacaq vəziyyətlərin qarşısını alır.

Psixoloq Haqverdiyeva Zümrüd

Special Kids

Oxşar xəbərlər
OTACI