Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ”a rəqibinin ölkəsindəki oyunu təxirə salındı

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda "Zalaegerseq"lə keçirməli olduğu oyun təxirə salınıb.

Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Budapeşt təmsilçisi "Qarabağ"la matça daha yaxşı hazırlaşmaq üçün Macarıstan Futbol Assosiasiyasına müraciət edib və müsbət cavab alınıb. Matçın yeni vaxtı daha sonra açıqlanacaq.

Yeri gəlmişkən, "Ferentsvaroş" bu gün yerli çempionatda mövsümün ilk oyununa çıxacaq. Komanda ilk turda "Puşkas Akademiya"sını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-da Budapeştdə keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI