Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada piyadanı maşın vurub öldürdü

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb.

Press.az-ın məlumatına görə, hadisə bu gün rayonun Dağlı kənd ərazisində baş verib.

Belə ki, rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Məhərrəmov Osman Hacı oğlunu vurub.

Osman Məhərrəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI