Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynaya sursat göndərən iş adamının anbarı yandı

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bolqarıstanın Karnobat şəhərində iş adamı Emilian Qebryevə məxsus sursat anbarında yanğın baş verib.

Press.az xəbər verir ki, bu barədə BNR radiostansiyası məlumat yayıb.

Radiostansiya yanğından əvvəl kiçik bir partlayışın olduğunu bildirsə də, polis bu faktı təkzib edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Qebryevin dediyinə görə, anbarda köhnəlmiş döyüş sursatları olub.

Qeyd edək ki, Emilian Qebreyev 2014-cü ildə Donbas münaqişəsi zamanı Ukraynaya sursat göndərdiyini etiraf etmişdi.

Oxşar xəbərlər
OTACI