Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ruslar Ukrayna Qəhrəmanını arvadı ilə birgə ÖLDÜRDÜLƏR

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Qəhrəmanı, ən böyük taxıl ticarəti şirkəti “Nibulon”un sahibi Aleksey Vadaturski iyulun 31-nə keçən gecə həlak olub. Nikolayevin atəşə tutulması zamanı onun evinə mərmi düşüb.

Press.az xəbər verir ki, bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim “Telegram” kanalında məlumat verib.

Məlumata görə, mərhum həyat yoldaşı ilə birlikdə dünyasını dəyişib.

Oliqarx biznesmen “Forbes”in Ukrayna milyonçuları siyahısına daxil edilib və reytinqdə 15-ci yerdə qərarlaşıb. Onun sərvəti 0,5 milyard dollar həcmində qiymətləndirilirdi.

Xatırladaq ki, Ukraynanın Nikolayev şəhəri iyulun 31-nə keçən gecə saat 01:00-dan səhər saat 05:00 radələrinədək intensiv atəşə tutulub.

Oxşar xəbərlər
OTACI