Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Tennisçilər İslamiadaya tam hazırdır" - Azərbaycan millisinin böyük məşqçisi

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İlin əvvəlindən İslamiadaya ciddi hazırlaşırıq. Bunadək həm ölkə daxilində, həm də Türkiyədə toplanışlarda olmuşuq".

Press.az Report-a istinadən xəbər verir ki, bunu stolüstü tennis üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Fərhad İsmayılov Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına hazırlıqla bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis növbəti təlim-məşq toplanışını da uğurla başa vurduqlarını bildirib: "Qax Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesində əsasən taktiki və texniki çalışmalara üstünlük verdik. İdmançılarımız 10 gün davam edən məşqlərdə böyük həvəslə iştirak etdilər. Komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədir. Demək olar ki, yarışa tam hazırıq".

O, avqustun 5-də Konyaya yola düşəcəklərini söyləyib: "Bu tarixədək Bakıda hazırlığın “son akkordları vurulacaq”. İslamiadada komandamızdan uğurlu nəticələr gözləyirik. Ümid edirəm ki, tennisçilərimiz onlara bəslənən etimadı doğruldacaqlar".

Qeyd edək ki, İslam Həmrəylik Oyunlarında Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə görüşləri idarə edəcək.

Yarışda stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI