Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin hərbi gəmilərə baxış keçirib

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bazar günü, iyulun 31-də Prezident və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Komandanı Vladimir Putin Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Kronştadta gedib.

Press.az xəbər verir ki, dövlət başçısı qayıqla Kronştadt stadında hərbi gəmilərin parad xəttini gəzib, gəmi heyətini bayram münasibətilə təbrik edib.

"Salam yoldaşlar! Sizi Hərbi Dəniz Qüvvələri günü münasibətilə təbrik edirəm!”, - deyə Rusiya lideri bildirib.

Xatırladaq ki, bu gün, iyulun 31-də Rusiya Prezidenti Sankt-Peterburqda əsas dəniz paradını əbul edəcək. Bu il Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçiriləcək paradda 40-dan çox hərbi gəmi, kater və sualtı qayıq iştirak edəcək, 42 təyyarə səmaya qalxacaq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təntənəli nitqlə və paradın qəbulu ilə yanaşı, ənənəvi olaraq döyüş gəmilərinin ön xəttinə baxış keçirəcək.

Oxşar xəbərlər
OTACI