Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mane debütünü şərh etdi

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sadio Mane yeni klubu "Bavariya"dakı rəsmi debütünü şərh edib.

Press.az xəbər verir ki, seneqallı oyunçu Almaniya Superkuboku - 2022-də "Leyptsiq"ə 5:3 hesabı ilə qalib gəldikləri matçda iştirak edib.

Komandanın qollarından birinin müəllifi olan Sane klubun saytına açıqlamasında deyib: “Əlbəttə, “Bavariya” ilə ilk kubokumu qazandığım üçün çox xoşbəxtəm. İlk gündən bu böyük klubun bir hissəsi olduğum üçün sevinirdim. Bu gözəl oyunçuların yanında uyğunlaşmaq mənim üçün asan idi, onlar həyatımı asanlaşdırır. Mən həqiqətən xoşbəxtəm. Bu, böyük sevincdir. İndi yeni qələbələr gözləyirəm. Bundesliqada oynamaq əla qərar idi".

Xatırladaq ki, iyunun 22-də “Bavariya” “Liverpul”dan  Maneni transfer etdiyini açıqlayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI