First slide

Filippində zəlzələdən 314 mindən çox insan zərər çəkidi

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Filippində iyulun 27-də baş verən zəlzələ nəticəsində 314,1 mindən çox insan zərər çəkib.

Press.az xəbər verir ki, risklərin qarşısının alınması və təbii fəlakətlərin bərpası üzrə Milli Şuranın hesabatına əsasən, 10 nəfər ölüb.

Bundan əvvəl 6 nəfərin öldüyü, 4 nəfərin itkin düşdüyü barədə məlumat verilib.

İdarənin yenilənmiş məlumatlarına əsasən, 42 təxliyə məntəqəsində 34,2 min məcburi köçkün var.

Zəlzələ 21 500 evə ziyan vurub, 302-si tamamilə dağılıb. Təbii fəlakət nəticəsində 43 yol və 7 körpü zədələnib. 48 şəhərdə elektrik enerjisinin kəsilməsi qeydə alınıb, lakin hər yerdə o, artıq bərpa olunub və su təchizatı ilə bağlı problemlər qalmaqdadır.

Üç rayonda 55 təhsil müəssisəsində dərslər, 157 müəssisədə isə iş dayandırılıb. Abra əyalətinin 27 şəhər və bələdiyyəsində fövqəladə vəziyyət rejimi qüvvədədir. Hökumət yardım üçün artıq 11,6 milyon peso (210,8 min ABŞ dolları) ayırıb.

Oxşar xəbərlər
OTACI