Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bin Ladenin qohumu bu fonda 1 milyon funt sterlinq ianə verdi

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlzın xeyriyyə fondu “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladeninin qohumlarından 1 milyon funt sterlinq alıb.

Press.az-ın məlumatına görə, bu barədə “The Times” qəzeti yazıb.

Nəşr qeyd edib ki, 2013-cü ildə Çarlz Londondakı iqamətgahında “Binladin” iri tikinti şirkətinə rəhbərlik edən iş adamı Bəkr bin Ladenlə şəxsən görüşüb.

Şahzadənin məsləhətçiləri onu Üsamə bin Ladeninin ögey qardaşının ianələrindən imtina etməyə çağırsalar da, kraliça II Yelizavetanın böyük oğlu bu tövsiyələrə məhəl qoymayıb.

Şahzadə Çarlz Xeyriyyə Fondunun rəhbəri Yen Çeşir iddia edir ki, bin Laden ailəsindən ianələrin alınmasına razılıq təşkilatın beş qəyyumu tərəfindən tam təsdiqlənib.

Oxşar xəbərlər
OTACI