Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya ordusu Ukraynanın bu şəhərini intensiv ATƏŞƏ TUTDU

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynanın cənubunda yerləşən Nikolayev şəhəri Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulub.

Press.az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat yayıb.

“Bu gün Nikolayev intensiv atəşə məruz qalıb. Yəqin ki, bütün zamanların ən güclüsüdür. Güclü partlayışlar saat birdən sonra və səhər saat beş radələrində eşidilib”- o bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib, o cümlədən kasetli mərmilərin düşdüyü ərazilərdə yanğınlar başlayıb.

“Bir sıra obyektlər dağılıb, yaşayış binalarına ziyan dəyib. Hazırda ərazidə xilasedicilər işləyir. Biz ətraflı məlumat toplayırıq”.

Oxşar xəbərlər
OTACI