Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roma Papası istefa verə bilər

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mən əvvəlki qaydada səyahət edə biləcəyimi düşünmürəm”.

Press.az “Report”a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk Kanadaya birhəftəlik səfərdən qayıdarkən jurnalisltərə bildirib.

Katolik kilsəsinin 85 yaşlı lideri son zamanlar yeriməkdə çətinlik çəkdiyini söyləyib.

O, fiziki vəziyyətinin kilsəni idarə etməyə imkan verməyəcəyi halda istefaya gedəcəyini istisna etməyib.

Bildirilib ki, Roma Papası son aylar bir neçə dəfə kütlə qarşısına əlil arabasında çıxıb. İltihab nəticəsində yaranan bel ağrıları onun yeriməsinə problem yaradıb. Bir müddət əvvəl Roma Papasının sentyabrda Ukraynaya səfər edəcəyi barədə məlumat yayılmışdı. “Rusiya hakimiyyəti ilə bu məsələyə dair fikir mübadiləsi etmişik. Ona görə də düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin mənə bir az vaxt ayırarsa, bu, sülhə xidmət edər”, - Papa vurğulamışdı.

Oxşar xəbərlər
OTACI