First slide

Türkiyə Superkubokunun qalibi bəlli oldu

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Press.az xəbər verir ki, həlledici oyunda Superliqanın sonuncu qalibi “Trabzonspor”la Türkiyə kubokunu qazanmış “Sivasspor” üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.

Beləliklə, “Trabzonspor” tarixində üçüncü dəfə Superkubokun qalibi olub. Trabzonlular 2010 və 2021-ci illərdə də bu uğura imza atmışdı.

Oxşar xəbərlər
OTACI