Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya mediasından "Ferentsvaroş"un "Qarabağ"la oyununa böyük maraq - Bakıya gəlirlər

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) oyunlarına Rusiyanı jurnalistləri də böyük maraq göstərir.

Qol.az xəbər verir ki, məşhur "Matç TV" kanalı, "Sport-express" qəzeti və digər nəşrlər, o cümlədən də Stanislav Çerçesovun rəsmi saytı Ağdam təmsilçisinin ev oyununa gələcək. İndiyədək bununla əlaqədar 10-a yaxın rusiyalı jurnalist akkreditasiya üçün “Qarabağ” klubuna müraciət edib.

Məlum oldiuğu kimi, Rusiya klubları Avropa kuboklarından kənarlaşdırılıb. Buna görə bir sıra rusiyalı jurnalisti “Ferentsvaroş”u Rusiyanın UEFA turnirlərindəki yeganə təmsilçisi kimi dəyərləndilir. Buna səbəb isə Budapeşt klubunun baş məşqçisinin rusiyalı Stanislav Çerçesovun olmasıdır.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI