Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" - "Ferentsvaroş" oyununun biletləri satışa çıxarılır

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş”la ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Press.az xəbər verir ki, bu barədə klubun rəsmisaytı məlumat yayıb. Bildirilir ki, sözügedən matçın biletləri sabah - iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI