First slide

Sahibə Qafarova gürcüstanlı həmkarına başsağlığı verib

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Press.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda deyilir: “Bu ağır faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Oxşar xəbərlər
OTACI