Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Fənərbaxça” Ukraynadan üzr istəməyəcək

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin “Fənərbaxça” futbol klubunun prezidenti Ali Koç Kiyevin “Dinamo” klubu ilə oyunda azarkeşlərin Vladimir Putinin adını səsləndirməsinə görə komandanın Ukraynadan üzr istəməyəcəyini bildirib.

Press.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

"Biz Ukraynadan üzr istəməyəcəyik", - deyə o bildirib.

Hadisə iyulun 27-də Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları zamanı baş verib. “Dinamo” qol vurduqdan sonra “Fənərbaxça” azarkeşləri Rusiya prezidentinə dəstək üçün “La-la-la-la-la, Vladimir Putin” şüarını səsləndirməyə başlayıblar.

Oxşar xəbərlər
OTACI