Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlham Əliyev gürcü həmkarına başsağlığı verdi

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Qudauridə helikopterin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar gürcüstanlı həmkarı Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

Press.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olmasından son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar Salome Zurabişviliyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Oxşar xəbərlər
OTACI