First slide

Ermənistan və İran Qərbi Zəngəzurda festival keçirəcək

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Sünik" (Qərbi Zəngəzur) vilayətinin Sisian şəhərində Ermənistan və İran "Navasərd" adı altında mədəniyyət və yemək festivalı keçirəcək. 


Press.az  "ArmenPress"ə istinadən xəbər verir ki, festival iki gün - 10-11 avqust - davam edəcək.
Festivalda iştirak edən Ermənistan və İran komandaları ilk gün stendlərdə Urartu-Əhəmənilər dövrünə aid yeməklərini və onların tarixləri haqqında bilgiləri hazırlayıb təqdim edəcəklər. 


Bununla yanaşı, festivalda rəqs, musiqi, sənət əsərləri və əl işləri də təqdim ediləcək.
Sözügedən festivalın əsas hissəsindən öncə müxtəlif nominasiyalar üzrə iştirakçı komandalar arasında yarış keçiriləcək və festivalın sonunda mükafatlandırma mərasimi təşkil olunacaq.

sfera.az

 

Oxşar xəbərlər
OTACI