Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Emin Əmrullayevin yerinə yeni təyinatdan söhbət getmir” - Nazirlik

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan  söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir". 

Press.az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib. 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb. Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan  söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir", - deyə açıqlamada qeyd olunur. 

Oxşar xəbərlər
OTACI