Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ürək xəstəliyinin ilkin əlaməti tapıldı: Sizdə bu ağrı varsa,...

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ayaqdakı bu əlamət ürək xəstəliyinin əlamətidir.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, mütəxəssislər gündəlik həyatımızda başımıza gələn və fərqində olmadığımız bəzi əlamətlərin ürək çatışmazlığı kimi ciddi bir xəstəliyin əlaməti ilə əlaqəli olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, bədənin sağlamlığında pozuntular olduqda müxtəlif siqnallar verə bilər. Gün ərzində geyindiyiniz corabları çıxardığınız zaman topuqlarınızda corab izləri periferik ödəm əlaməti ola bilər. (Periferik ödəm ayaqlarda suyun yığılması və ifraz olunmamasıdır). Bu nahiyələrdə yığılan ödəm ayaqlarda şişkinliyə səbəb olmaqla yanaşı, ürəklə bağlı problemlərin əsas əlamətlərindən biridir. 

Periferik ödəmi olan hər fərddə ürək xəstəliyi olmasa da, bu ürək-damar problemlərinin əlaməti olduğu üçün həkimə müraciət edərək müşahidə altında saxlanılmalıdır. Mütəxəssislər ödəmin ürəkdə meydana gələ biləcək problemlərin əhəmiyyətli bir əlaməti olduğunu vurğulayırlar.

Oxşar xəbərlər
OTACI