First slide

Qusarda 10 min manatlıq qızıl oğurlayan şəxs tutulub

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Press.az-a verilən xəbərə görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Şahin Əfəndiyev saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 1300 manatdan çox pul, 46000 rus rublu və ümumi dəyəri 10000 manatdan çox olan qızıl-zinət əşyalarını gizli talamaqla zərər vurduğu müəyyən edilib.
Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
Category news

tr_star

14 Aug 2022

OTACI