Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vladimir Ponomaryevin “Qarabağ”ın “Ferentsvaroş”la oyunu ilə bağlı proqnozu

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hər şey Stanislav Çerçesovun komandası üçün normal alınacaq. Məncə, həmyerlimizin komandası qalib gələcək".

Press.az xəbər verir ki, bu sözləri SSKA-nın və SSRİ yığmasının veteran futbolçusu Vladimir Ponomaryev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" və "Ferentsvaroş" arasında keçiriləcək matçlar barədə danışarkən deyib. O, rusfootball.info-ya açıqlamasında Macarıstan təmsilçisinin qalib gələcəyinə inandığını deyib.

"Düzdür, proqnoz vermək çətindir. Amma "Ferentsvaroş"da hər şey yaxşı və qaydasındadır. Düşünürəm ki, “Ferentsvaroş” 100 faiz “Qarabağ”ı üstələyəcək. Çerçesovun komandası hazırda Macarıstan çempionatında liderdir. Nəzərə alın ki, Macarıstan çempionatının səviyyəsi də çox yaxşıdır”.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI