Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna XİN-dən hərbi əsirlərə qarşı cinayətlərlə bağlı BƏYANAT

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ukrayna Rusiya Federasiyasının hərbi qulluqçuları tərəfindən ukraynalı hərbi əsirlərə qarşı törədilmiş amansız hərbi cinayətləri, xüsusilə də dəhşətli işgəncə, fiziki zorakılıq, qeyri-insani rəftar, qəsdən böyük iztirablara səbəb olma, bədənə və ya sağlamlığa ağır xəsarət yetirilməsi və ukraynalı məhbusların qəsdən öldürülməsi hallarını qəti şəkildə pisləyir”.

Press.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.Bəyanatda qeyd olunub ki, ukraynalı hərbi əsirlərin qəsdən öldürülməsi, işgəncə və ya qeyri-insani rəftara məruz qalması, onların bədənlərinə və ya sağlamlığına ağır xəsarət yetirilməsi Əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və Ukrayna Cinayət Məcəlləsinə əsasən hərbi cinayətdir:

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə görə, bu cür hərəkətlər insanlığa qarşı cinayət kimi də təsnif edilə bilər. Biz Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunu Rusiya Federasiyası vətəndaşlarının Ukrayna ərazisində törətdikləri hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin araşdırılması kontekstində rus hərbçilərinin vəhşiliklərinə dərhal diqqət yetirməyə çağırırıq”.

Ukrayna XİN bəyan edib ki, beynəlxalq hüququn bütün pozuntuları lazımi qaydada qeydə alınacaq, sənədləşdiriləcək və müvafiq araşdırmaların və onları törədənlərin təqibinin əsasını təşkil edəcək.

XİN bəyanatında vurğulayır ki, Rusiya tərəfi ukraynalı hərbi əsirlərlə humanist rəftarı təmin etməyə borcludur.

“Rusiya hərbçilərinin ukraynalı hərbi əsirlərə qarşı törətdiyi amansız hərbi cinayətlər barədə məlumatların ortaya çıxması Rusiyanın növbəti hərbi cinayət törətməsi - işğal altında olan Yelenovkada ukraynalı hərbi əsirlərin saxlandığı ehtimal edilən islah müəssisəsini atəşə tutması ilə üst-üstə düşür. Ukrayna xarici işlər naziri Dmitri Kuleba beynəlxalq ictimaiyyəti Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasını pisləməyə və Rusiyanı dərhal terrorçu dövlət kimi tanımağa çağırır. O vurğulayır ki, bu qərarda hər hansı bir gecikmə Rusiyanı yalnız növbəti cinayətlər və qeyri-insani hərəkətlər etməyə sövq edəcək”, - Nazirliyin bəyanatında qeyd olunur.

Oxşar xəbərlər
OTACI