Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Dəniz Mall” ticarət mərkəzində ekoloji fləşmob təşkil olundu - Foto

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 27-də “Dəniz Mall” ticarət mərkəzində ekoloji fləşmob keçirilib.

Press.az xəbər verir ki, çimərlik mövsümündə sahilyanı ərazilərin qablaşdırma tullantılarından çirklənməsinin qarşısının alınmasına xidmət edən “Sıfır tullantı” (Zero Waste) pilot layihəsi çərçivəsində təşkil olunan fləşmob əhalinin bu istiqamətdə məlumatlandırılmasını nəzərdə tutur. 

Könüllülərin iştirakı ilə baş tutan fləşmob ətraf mühiti çirkləndirən qablaşdırma tullantılarının azaldılması və təkrar emala göndərilməsi  məqsədi daşıyır.

Qeyd edək ki, İstehsalçıların Genişləndirilmiş Məsuliyyəti Konsepsiyası çərçivəsində pilot yanaşma kimi nəzərdə tutulan “Sıfır tullantı” layihəsi yay mövsümü ərzində çimərlik sahillərində fəaliyyət göstərən müəssisələrdə (kafe və restoranlar) istifadə olunan qablaşdırma tullantılarının miqdarının azaldılması və onların toplanıb təkrar emala cəlb olunması üzrə müxtəlif toplama və çeşidləmə üsullarını sınaqdan keçirəcək. 

Layihə ərzində çimərlik sahilində fəaliyyət göstərən müəssisələrə  xüsusi toplama qutuları yerləşdirilərək, qablaşdırma tullantılarının yığılması həyata keçiriləcək və toplanan qablaşdırma tullantıları təkrar emala göndəriləcək.

Təşkilatçılar bir daha əhalini çimərlik ərazilərini tullantılarla çirkləndirməməyə və Xəzər dənizini qorumağa çağırır.

Oxşar xəbərlər
OTACI