Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" orta səviyyədən yüksək komandadır" - "Sürix"in prezidenti

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Əlbəttə məğlubiyyətə görə məyus olduq. Daha çoxunu bacara bilərdik. Amma qəbul etməliyik ki, "Qarabağ" orta səviyyədən yuxarı komandadır".

Press.az xəbər verir ki, bu sözləri İsveçrə "Sürix"inin prezidenti Ancillo Kanepa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a uduzmaları (2:3, 2:2) ilə bağlı danışarkən deyib.

Klub rəhbəri "Blick" nəşrinə açıqlamasında bildirib ki, komandanın "Qarabağ"ı keçməsi üçün təcrübəsi çatmayıb: "Düzdür, bu rəqibi keçmək olardı. Əla formada olan 11 oyunçu ilə irəliləyəcəkdik. Sadəcə, komandamızda keyfiyyət yox, təcrübə çatışmazlığı oldu. Heyətimizdə beynəlxalq səviyyədə təcrübəyə malik oyunçular var. Buna baxmayaraq, onlar ümid etdiyimiz kimi çıxış etmədilər".

Kanepa FİFA prezidenti Canni İnfantinonun görüşü izlədiyini də xatırladıb: "O bizimlə əlaqə saxlamışdı və matçı stadiondan canlı izləmək istədiyini dedi. Təbii ki, buna çox sevindik".

Xatırladaq ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə 2:2 hesablı bərabərliklə 3-cü mərhələyə adlayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI