First slide

Azadlığa buraxılan sabiq gömrükçülər yenidən həbs olunublar

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza və bəraət alan Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barəsində verilmiş protestə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev üç il, Ceyhun Şabanov isə iki il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.

Orxan Zöhrabov, Sadiq İsgəndərov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.

Həbsdə olan Elmar Mirzəyevin cəzası isə üç ay artırılaraq beş il üç aya qaldırılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılan işlə bağlı Ceyhun Şabanova beş il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilmişdi.

Press.az

Oxşar xəbərlər
Category news

tr_star

14 Aug 2022

OTACI