Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qoşulmama Hərəkatının Gənclər Sammitinin Şuşa sessiyası başlayıb

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Şuşa şəhərində Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası öz işinə başlayıb.

Press.az APA-ya istinadla xəbər verir ki, 60-dan artıq QH üzv ölkəsini təmsil edən nümayəndə heyəti, Füzuli Beynəlxalq Hava Limanına çatıb, Hava Limanı ilə tanışlıqdan sonra Şuşa şəhərinə yola düşüblər.

QH Gənclər Sammitinin bir həftə ərzində davam edən fəaliyyətinə Şuşa sessiyası ilə yekun vurulacaq. Sammit iştirakçılarının 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul etməsi gözlənilir.

Oxşar xəbərlər
OTACI