Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın UEFA reytinqindəki xalları artdı

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycannın UEFA reytinqində xal ehtiyatı artıb.

Press.az xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında "Qəbələ" və "Neftçi"nin qalib gəlməsi, "Zirə"nin isə heç-heçə etməsi ölkəmizin aktivinə daha 0,625 xal yazdırıb. "Neftçi" və "Qəbələ" hərəyə 0,250, "Zirə" isə 0,125 xal qazandırıb.

Bu mövsüm Azərbaycanın qazandığı xal sayı 1,250-ə çatıb. Bunun yarısı – 0,625-i “Qarabağ”ın hesabındadır. Son 5 mövsümdə isə qazanılan xal sayı 13,875-ə çatıb. Bununla belə, ölkəmizin 29-cu pillədəki mövqeyi dəyişməyib. 

Xatırladaq ki, "Neftçi" Bakıda Kiprin "Aris" klubunu 3:0, "Qəbələ" öz meydanında "Fehervar"ı (Macarıstan) 2:1 hesabı ilə məğlub edib. "Zirə" isə İsrail səfərində "Makkabi" (Təl-Əviv) ilə qolsuz heç-heçə edib. "Neftçi" mərhələni keçib, "Zirə" ilə "Qəbələ" isə mübarizəni dayandırıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI