First slide

“Apple” elektromobilini “Lamborghini” mütəxəssisi hazırlayacaq

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Apple” şirkəti “Lamborghini”nin aparıcı avtomobil dizaynerlərindən biri olan Luici Taraborrellini avtonom idarə olunan elektromobilin yaradılması məqsədilə işə götürüb.

Taraborrelli italyan avtosənayesinin 20 illik təcrübəyə malik veteranlarından hesab olunur.

Mütəxəssisin son illərdə uğursuz olan “Apple” avtomobil proqramını bərpa etməsini gözlənilir.

Qeyd edək ki, ötən ilin noyabr ayında şirkət sürücüsüz avtomobil istehsal edən “Tesla”nın keçmiş mühəndisi Kristofer Muru da işə götürüb. Həmçinin, gözlənildiyi kimi, layihə üzərində “Ford”, BMW, “McLaren”, “Porsche” və başqa brendlərin mütəxəssisləri çalışacaq.

İlk “alma” elektromobilin istehsalına 2025-ci ildə  başlanılması nəzərdə tutulub.

Oxu.az

Oxşar xəbərlər
OTACI