Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin ABŞ-ı hədələdi: Odla oynamayın

28 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın maraqla izlədiyi ABŞ prezidenti Bayden və Çin lideri Xi ilə görüşdən sonra ilk şərh Çindən gəlib.

Press.az xəbər verir ki,Çin mediası görüşü “Səmimi və dərin” kimi şərh edib.

Çin mətbuatında yer alan xəbərə görə, Xi Baydenə Tayvana qarşı "odla oynamamaq" barədə xəbərdarlıq edib.

Qeyd edək ki, prezident Bayden Çin lideri Si Cinpin ilə telefon danışığı aparıb. Müsahibə 2 saat 17 dəqiqə davam edib.  

Bundan öncə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı Çinin verdiyi açıqlamalar daha sərt olub. Çin xəbərdarlıq edib ki, Pelosi suverenliyini iddia etdiyi Tayvana səfər edərsə, ona hərbi cavab verə bilər. Müdafiə Nazirliyinin sözçüsü polkovnik Tan Kıfey, Çin ordusunun hər hansı xarici müdaxilə və Tayvanın müstəqilliyi ilə bağlı planları qarşısında ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu vurğulayaraq, "Pelosi Tayvanı ziyarət edərsə, Çin ordusu boş qalmayacaq" deyə açıqlama vermişdi.

Oxşar xəbərlər
OTACI