Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Əgər kişi arvadını çimərliyə aparırsa..." - Rəşid Mahmudovdan SƏRT REAKSİYA

28 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir? Belə şey olar?”Bu sözləri ilahiyyatçı Hacı Təyyar qadınların toylarda açıq- saçıq, həmçinin çimərlikdəki geyimindən danışarkən deyib. İlahiyyatçının bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Press.az-a açıqlamasında bildirib ki, ilahiyyatçının fikirləri ilə razılaşmır:

“Mən başa düşmürəm ki, bu nə məsələdir cəmiyyətimizdə müzakirə edilir. Ayə, başqa problemlərimiz qalıb, çimərliyə getməyin dərdini çəkirlər? Kişidir öz arvadıdır, hara istəyir ora da aparırır. Əgər kişi arvadını çimərliyə aparırsa cəhənnəmə aparsın. Bunun kimə nə dəxli var? Kişi əxlaqsızdırsa, arvad da əxlaqsızdır. Əxlaq harasa getməklə ölçülmür ki!”

Oxşar xəbərlər
OTACI