Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bayden və Xi Jinping iki saatdan çox telefonla DANIŞDILAR

28 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidenti Co Baydenlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında telefon danışığı olub.

Press.az TASS-a istinadən xəbər verir ki, telefon danışığı iki saatdan çox davam edib.

Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin bildirdiyinə görə Bayden Çin lideri ilə bir sıra məsələlərlə yanaşı Ukraynadakı müharibəni, eləcə də Hind-Sakit okeanı regionundakı vəziyyəti də müzakirə etməyi planlaşdırırdı.

Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, iki lider Çin-ABŞ münasibətləri və hər ikisini maraqlandıran məsələlərlə bağlı dərin ünsiyyət və fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, daha əvvəl Çin hökuməti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə “güclü tədbirlər” görəcəyi barədə xəbərdarlıq etmişdi.

Oxşar xəbərlər
OTACI