Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Riyazi “supersavad”: Azərbaycanda dördüncü sinif şagirdi də avtobus sürücüsü ola bilər - VİDEO

28 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda dördüncü sinif şagirdləri üçün nəzərdə tutulan dərs vəsaitində qoyulan məsələ hər kəsi düşünməyə vadar edib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət dördüncü siniflər üçün riyaziyyat fənni üzrə dərs vəsaiti kimi istifadə olunan nəşrdən gedir.

Valideynlərdən birinin çəkdiyi videoda dərs vəsaitindən bir məsələ işıqlandırılıb. Məsələdə deyilir:

“Siz avtobusun sürücüsüsünüz. Avtobusda 20 sərnişin var. Birinci dayanacaqda beş qadın düşdü, iki kişi mindi. İkinci dayanacaqda üç qadın mindi, bir kişi düşdü. Sürücünün neçə yaşı var?”

Məsələnin cavabı isə “Sizin neçə yaşınız varsa, o qədər” kimi qeyd edilib.

Valideyn məsələnin tərtibatından şikayət edib. O, aidiyyətsiz məsələnin dördüncü sinif şagirdləri üçün təyin edilməsini məntiqsiz adlandırıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən problemin həlli onların səlahiyyətinə daxil deyil.

Qeyd edək ki, bir müddət bundan öncə daha bir dərs vəsaitində məntiqsiz vəziyyət aşkarlanmışdı. Belə ki, rus bölməsi üzrə 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan riyaziyyat dərsliyində məsələnin rabitəsiz olması səbəbindən 150 mindən çox şagird kitabda Anarı axtarırdı.

Oxşar xəbərlər
OTACI