Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynadan gələn qaçqın qadına görə ailəsini, uşaqlarını ATDI

07 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya sakini sevgilisini və övladlarını Ukraynadan gələn qaçqın qadına görə tərk edib.

Press.az bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.

May ayında Lvovdan Böyük Britaniyaya gələn 22 yaşlı Sofiya Karkadım gözündən əməliyyat olunub və hazırda praktiki olaraq kordur. Ukraynalı qadına sığınacaq verən 29 yaşlı Toni Qarnett bildirib ki, onun yeni sevgilisinə görmə qabiliyyətini bərpa etmək üçün təxminən altı ay vaxt lazım olacaq. Qadın Almaniyadan Britaniyaya gedərkən göz infeksiyasına tutulub.

Sofiya gəldikdən 10 gün sonra kişi ailəsini tərk edib:

"Yaşatdığımız ağrıya görə üzr istəyirik, lakin mən Sofiya ilə əvvəllər heç vaxt yaşamadığım bir əlaqə kəşf etdim. Həyatımızın qalan hissəsini birlikdə keçirməyi planlaşdırırıq".

Ukraynalı qadın dərhal ingilislərin hücum obyektinə çevrilib:

"İnsanlar onu Britaniyaya gəlib yerli sakini oğurlayan qadın kimi təsvir edirlər. Bu, tam cəfəngiyyatdır. Birgə qərar verdik".

O, iddia edir ki, keçmiş partnyoru ilə münasibətləri çoxdan pis olub və ayrılmaq an məsələsi idi.

Cütlük hazırda Qərbi Yorkşirin Bradford şəhərində yaşayır və göz əməliyyatı çox pula başa gəldiyi üçün maddi çətinliklər yaşayırlar. Qarnett tezliklə öz biznesini açmaq niyyətində olduğunu deyir. O, keçmiş sevgilisinin ona uşaqları ilə görüşməyi qadağan etdiyini də bildirib.(milli.az)

Oxşar xəbərlər
OTACI