Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-dən ƏMƏLİYYAT – Külli miqdarda narkotik ələ keçirildi

07 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş və Göyçayda 2 000-dən artıq çətənə kolu məhv edilib. 

Press.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Göyçay və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. 

Göyçay rayonunun Yalman kəndi ərazisində ümumi çəkisi 425 kiloqram olan 638 ədəd, Ağdaş rayonu Abad kəndi ərazisində isə ümumi çəkisi 800 kiloqrama yaxın olan 1424 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Oxşar xəbərlər
OTACI