Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biz İlan adasına yüksək dəqiqlikli raketlərlə hücum etdik

07 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov İlan adasına yüksək dəqiqlikli raketlərlə hücum etdiklərini bildirib.
Konaşenkov paytaxt Moskvada Rusiya-Ukrayna müharibəsində rus ordusunun hərəkətləri ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun bütün istiqamətlərdə itki verdiyini iddia edən Konaşenkov Rusiya qüvvələrinin Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyini bildirib.

Konaşenkov bildirib ki, Ukraynanın Donetsk vilayətinin Soledar şəhəri istiqamətində ukraynalı əsgərlərin mövqelərinə yüksək dəqiqlikli silahlarla hücumlar həyata keçirilib.79-cu Hava Hücum Briqadasının demək olar ki, hamısı məhv edilib.Bu briqadanın itkiləri 80 faizdən çoxdur”- deyib.

Ukrayna ordusunun 80-ci Hava Hücum Briqadasının bəzi əsgərlərinin döyüşü dayandıraraq ordunu tərk etdiyinə diqqət çəkən Konaşenkov, ordudakı itkilərin Ukrayna rəhbərliyini öz millətçi batalyonlarını ön cəbhəyə göndərməyə məcbur etdiyini müdafiə edib.

Kiyev rəhbərliyinin İlan adasına Ukrayna bayrağı sancmağa çalışdığına diqqət çəkən Konaşenkov, "Səhər saat 05:00 radələrində bir neçə ukraynalı əsgər motorlu qayıqla adaya endi və bayraqla şəkil çəkdirdi. Rusiya təyyarəsi İlan adasına yüksək dəqiqlikli raketlərlə hücum edib.Bu hücum nəticəsində adada olan ukraynalı əsgərlərdən bəziləri vurulub. Sağ qalanlar Odessa vilayətinin Primorsk qəsəbəsinə qaçıblar.

Ukraynada 6 idarəetmə mərkəzi, 3 sursat və silah anbarı, xarici muzdluların yerləşdiyi mərkəz və Ukrayna əsgərlərinin təlim keçdiyi mərkəzin məhv edildiyini deyən Konaşenkov, “Miq-29” və “Su-25” tipli döyüş təyyarələrinin və Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 17 pilotsuz uçuş aparatı  vurulduğunu, 6 ədəd “Toçka-U” ballistik raketi və 12 ədəd çoxbarelli reaktiv yaylım atəşi qurğusunun ələ keçirildiyini qeyd edib.

Konaşenkov bəyan edib ki, Ukraynada müharibə başlayandan indiyədək 234 təyyarə, 137 helikopter və 1479 pilotsuz uçuş aparatı, o cümlədən 353 hava hücumundan müdafiə raket sistemi, 3 min 935 tank və zirehli texnika, 724 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 102 Haubitsa və minaatan və 4 min 64 xüsusi hərbi maşının məhv edildiyini ifadə edib.

Press.az

Oxşar xəbərlər
OTACI