Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Röya Ayxan bunun üçün 6000 AZN-dən keçməli olub

07 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq artisti Röya Ayxanın bir müddət əvvəl ifa etdiyi "Tövbə" mahnısı ilə bağlı yeni iddia yayılıb.

Press.az baku.ws-ə istinadla xəbər verir ki, sənətçinin sözügedən ifa üçün MESAM-a (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) 3500 dollar (təxminən 5950 AZN) ödədiyi bildirilib.

Bu haqda aparıcı və prodüser Tolik (Tarix Əliyev) öz verilişində deyib:

"Bizim sənət adamları türk mahnıları oxuyanda onları məhkəməyə verirlər. Röya "Tövbə"ni oxuyub yutuba yerləşdirmək üçün 3500 dollar (təxminən 5950 AZN) ödəyib. Zöhrə Abdullayeva da oxuyanda icazəsi var idi. Türkiyədən hər mahnıya görə pul tələb edirlər, əks halda ifa yutubdan silinir".

Daha sonra Röya Ayxanın mətbuat xidmətindən Tolikin bu məlumatının doğruluğu təsdiqlənib. 

Qeyd edək ki, "Tövbə"ni ilk dəfə mərhum Əməkdar artist Zöhrə Abdullayeva ifa edib. 

Oxşar xəbərlər
OTACI