Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda dəhşətli qətl: Qadının başını kəsib mağazaya atdılar - TƏFƏRRÜAT + YENİLƏNİB

07 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yardımlı rayonunun Ostayır kəndində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin gün kənddə toy mərasimi imiş.

1962-ci il təvəllüdlü Məmmədova Gülxar Əhməd qızı mağaza sahibi olub. O, oğlu və gəlini ilə həmin məclisdə iştirak etmək üçün evdən çıxıb. Lakin bir müddət sonra, namaz qılacağını bildirərək, evə qayıdıb. Bu zaman iki nəfər oğrunun mağazaya girməyə çalışdığını görüb və onlara müqavimət göstərməyə çalışıb.

Oğrular əllərindəki balta ilə qadının başından vuraraq, iki yerə ayırıblar.

Hadisəni törətməkdə şübhəli bilinən biri, 1985-ci il təvəllüdlü Məstiyev Firqət Təvəkkül oğlu saxlanılıb. Onun subay olduğu və tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Digər şəxsin axtarışı isə polis tərəfindən davam edir.

Baş Prokurorluğun Mətbuat Xidməti də hadisə ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin iyulun 6-sı saat 22 radələrində Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

08:28

Yardımlı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, rayonun Ostayır kənd sakini Məmmədova Gülxar Əhməd qızı amansızcasına öldürülüb.

Onun başı baltayla kəsilərək mağazaya atılıb.

Rayon polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Oxşar xəbərlər
OTACI