First slide

Futbol dünyasını çalxalayan transfer: Ronaldonun yeni klubunun adı açıqlandı

07 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldonun yeni klubu “Barselona” olacaq.

Bu barədə “AS” qəzeti məlumat yayıb. Bildirilir ki, hücumçunun meneceri Jorje Mendes transferin detallarını müzakirə etmək üçün Barselona şəhərinə gedib. İddialara görə, Ronaldo “Barselona”da oynamaq üçün məvacibində güzəşt etməyə hazırdır. Qeyd edək ki, Jorje Mendes Ronaldodan əlavə Bernardo Silva, Rafa Leao və Ruben Nevesin də meneceridir. Mendes bu futbolçuların da “Barselona”ya mümkün transferini müzakirə edəcək.

Qeyd edək ki, Ronaldo bundan əvvəl “Barselona”nın əzəli rəqibi “Real Madrid” klubunda forma geyindiyi üçün hücumçunun transfer xəbəri paytaxt təmsilçisinin fanatlarında etiraz yaradıb.//metbuat.az

Oxşar xəbərlər
OTACI