Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azay Quliyev Ermənistanı ATƏT PA-nın qərarlarından nəticə çıxartmağa çağırdı

06 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan nümayəndə heyəti cari ilin 6 iyul tarixində Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın İllik Sessiyanın bağlanış Pleanr İclasında iştirak etdi.

Press.az xəbər verir ki, plenar İclasın müzakirə hissəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Plenar İclasda çıxış etdi. Deputat çıxışında daha öncə keçirilmiş komitə iclaslarında Azərbaycan maraqlarına zidd olan erməni nümayəndə heyəti tərəfindən irəli sürülmüş qərəzli və əsassız düzəlişlərə qarşı çıxdıqlarına görə ATƏT PA üzvlərinə təşəkkürünü çatdırdı: “Düzəlişlərə qarşı çıxmaqla Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını, Cənubi Qafqazda dayanıqlı sülhü, etimad quruculuğunu və bütün məsələlərin tərəflər arasında birbaşa dialoq vasitəsilə həllini dəstəklədi. ATƏT PA aletrnaitvi olmayan sülh və təhlükəsizliyə yönəlmiş cəhdləri rədd etdi, Sağlam düçüncə və hamımızın bölüşdüyü təməl prinsiplərə sadiqlik qalib gəldi. Buna görə hamınıza təşəkkür ediəm”.

Çıxışının davamında Azay Quliyev Ermənistan nümayəndə heyətinə müraciət edərək onları İllik Sessiya ərzində qeyri-konstruktiv mövqe tutduqlarını və təhrikedici ritorika üzrə çıxış etdiklərini qeyd etdi: “Nə qədər bizə çətin olsa da, Azərbaycan Ermənistanla münasibətlərdə yeni dövrün açılması üçün davamlı səylər göstərir və məlum 5 təməl  prinsipi əsasında  sülh sazişi imzalamağa hazırıdır. Bizim məqsədimiz aydındır- regionda sülh və təhlükəsizlili davamlı etmək“

Azərbaycan nümayəndə heyətinin rəhbəri Emənistan nümayə heyətinə xitabən bildirdi ki, əgər Ermənistan həqiqətən də münasibətlərin normallaşmasında  və Brüssel sülh danışıqlarında maraqlıdırsa, bu gün ATƏT Parlament Assemleyasının qəbul etdiyi qərardan düzgün nəticə çıxartmalı və sülhə və töhvə verməlidir.

Çıxışının sonunda Azay Quliyev İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədr seçdiklərinə görə Assembleya üzvlərinə təşəkkür etdi və ATƏT regionunda istifadə olunmamış təhlükəszilik və əməkdaşlıq potesialından faydalanmaq istiqamətində səylərini səfərbər edəcəyini bildirdi

Oxşar xəbərlər
OTACI