Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Afət Fərmanqızı barəsində olan axtarışın dayandırılmasını istəyir

06 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq artisti Flora Kərimovanın xüsusi ittiham qaydasında məhkəməyə verdiyi müğənni Afət Fərmanqızı apellyasiya şikayəti verib.

Press.az xəbər verir ki,Pravda.az-ın əldə etdiyi məlumata görə, müğənninin müdafiəçisi Binəqədi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Müdafiəçisi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini və axtarışın dayandırılmasını xahiş edib. Məhkəmə iclasında xüsusi ittihamçı Flora Kərimova, onun nümayəndəsi və vəkili şikayətin təmin edilməməsini istəyib. Məhkəmə kollegiyası şikayətlə birlikdə iş materiallarını tədqiq edərək, fikirləri dinləməklə belə hesab edib ki, şikayət təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Afət Fərmanqızı məhkəmə iclasında dəfələrlə iştirak etmədyindən, müğənninin prosesdə iştirakını təmin etmək məqsədi ilə onun barəsində axtarış elan edilmişdir.

Qeyd: Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir. Binəqədi Rayon Məhkəməsində araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb. Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib. Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

Xatırlatma: Xalq artisti Flora Fərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib. O, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək dəymiş mənəvi ziyana görə Afət Fərmanqızıdan 100 min manat tələb edir. İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.

Oxşar xəbərlər
OTACI