Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Kişinin xanımı qaçmaz sənin kimilərdən..." - Alim Qasımovdan müğənni Kərimə REAKSİYA

05 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Kərim Abbasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə Xalq artisti Alim Qasımov özünəməxsus reaksiya verib. 

Press.az lent.az-a istinadən xəbər verir ki, xanəndə sosial şəbəkədə Kərimin videosuna şərh yazıb. 

"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." - Alim Qasımov şərhdə qeyd edib.

Qeyd edək ki, Kərim "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi" - sözlərinə görə sosial şəbəkələrdə xeyli tənqid olunmuşdu.

Oxşar xəbərlər
OTACI