Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 4 avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO/VİDEO

30 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Yasamal rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Press.az apa-ya istinadla xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində qeydə alınıb.

“Daewoo” markalı minik avtomobilini idarə edən sürücü Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Toyota” markalı maşını ötmək üçün manevr edib. Nəticədə toqquşma baş verib.

Yolda nəqliyyatın hərəkəti sıx olduğundan başqa “Daewoo Ravon” markalı maşın ərazidə olan digər “Toyota” markalı avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlara əraziyə çağırılan təcili yardım briqadası yerində yardım göstərib.

Hadisə zamanı ərazidə tıxac yaranıb. Avtomobillər evakuasiya edilib. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI