Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İdman jurnalistlər üçün beynəlxalq cüdo seminarı - FOTO

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cüdo idman növü üzrə beynəlxalq media seminarı təşkil edilib.

Press.az xəbər verir ki, iyunun 29-da Beynəlxalq Cüdo Federasiyasının (IJF) media və kommunikasiya rəhbəri, qurumun sülh üzrə kommunikasiya direktoru, qara kəmər sahibi Nikolas Messnerin spikerliyi ilə idman jurnalistləri üçün beynəlxalq seminar keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bu il ACF-in 50 illik yubileyinin qeyd olunacağını bildirib. O, yubiley çərçivəsində tədbirlərin keçiriləcəyini və seminarın ilk belə tədbir olduğunu bildirib. R.Rəsullu 50 illik yubileylə bağlı loqoda 50 rəqəmi, ACF abreviaturası və yapon heroqliflərindən istifadə olunduğunu vurğulayıb.

Sonra yubileylə bağlı videoçarx nümayiş olunub.

Daha sonra N.Messner çıxış edərək Azərbaycana bir neçə dəfə gəldiyi üçün ölkədə cüdonun vəziyyətindən məlumatlı olduğunu deyib. Dörd yaşından cüdo ilə məşğul olduğunu bildirən cüdo mütəxəssisi həyatının bu idman növünə həsr etdiyini bildirib: “London-2012-dən etibarən bir neçə Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Olimpiya çempionu olmaq istəsəm də bu, mənə mütəəssir olmayıb. Cüdo mənə ən əsası əxlaqi dəyərləri gətirib. Bu, mənim üçün hər hansı medaldan, tituldan da vacibdir".

IJF rəsmisi qeyd edib ki, 1882-ci ildə Yaponiyada yaradılmış cüdo bir sıra növlərlə müqayisədə gəncdir. O, Jiqoro Kanonun bu döyüş sənətinin yaratdığı zaman cəmi 22 yaşında olduğunu bildirib.

Əslən fransalı olan Messnerin sözlərinə görə, hazırda vətənində cüdo ilə 1 milyonadək insan məşğul olur. Onlardan yalnız 2 min nəfərə qədəri Olimpiya çempionu olmaq istəyir. Digərləri sadəcə, özləri üçün məşq edirlər.

Müzakirələr zamanı R.Rəsullu bildirib ki, hazırda Azərbaycanda cüdo ilə 10 min 500 nəfər məşğul olur və onlardan 800-ü peşəkar səviyyədədir.

Sonra təlimçi cüdonun fəlsəfəsi barədə məlumat verib. Daha sonra seminar praktiki hissə ilə davam etdirilib.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI