Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada “Mi-8” helikopteri qəzaya uğrayıb

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yakutiyada “Mi-8” helikopteri qəzaya uğrayıb.

Bu barədə RF Vahid Növbətçi Dispetçer Xidməti məlumat yayıb.

Məlumata görə, “Mi-8” helikopteri Ust-Mayski qəsəbəsindən uçub, lakin təyinat yerinə çatmayıb. Helikopter texniki səbəblərdən Aldan rayonunda təcili eniş etməyə cəhd edib, ancaq yerə çırpılıb.

Göyərtədə üç heyət üzvü və iki texnik olub. Onlardan biri sınıq xəsarəti alıb, ölən yoxdur.

Xatırladaq ki, bir həftə əvvəl Yakutiyada 24 saat ərzində iki təyyarə radarlardan itmişdi. Sonradan “An-30” təyyarəsinin sərt eniş etdiyi məlum oldu. Digər təyyarə “An-2”dən isə hələ də məlumat yoxdur.

Mənbə: İzvestiya

Oxşar xəbərlər
OTACI