Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada ƏMƏLİYYAT – 33 kq narkotik müsadirə olundu

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş Qurban Qazıyev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, Aşağı Tala kəndi ərazisində saxlanılan şəxsə məxsus fındıq bağına baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 33 kiloqramdan artıq olan 51 ədəd çətənə kolu aşkarlanıb.Q.Qazıyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb. 

Oxşar xəbərlər
OTACI