Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metroda GƏRGİN ANLAR - Sərnişinlər qatardan düşürüldü

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün saat 19:00 radələrində metronun "Sahil" stasiyasında gərgin anlar yaşanıb.

Sərnişinlərin verdiyi məlumata görə, "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda anidən nasazlıq yaranıb.

Belə ki, qatar "İçərişəhər"dən "Sahil"ə doğru hərəkətdə olarkən müxtəlif səslər eşidilməyə başlayıb. Bu zaman sərnişinlər arasında panika yaşanıb. "Sahil" stansiyasında sərnişinlərdən dərhal qatarı tərk etmələri xahiş olunub.

Daha sonra qatar "Depo"ya yola salınıb. Xəttə əlavə qatar buraxılıb. Bununla belə, qatarlararası intervalda ləngimə yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.

modern.az

Oxşar xəbərlər
OTACI